Melaniya Tramp ərinin həbsindən sonra səssizliyini pozdu - FOTO

14:51 - 11 Aprel 2023

Melaniya Tramp ərinin həbsindən sonra səssizliyini pozdu - FOTO

Son günlər ABŞ-nin 45-ci prezidenti Donald Trampın həbsi ilə bağlı xəbərlər gündəmdədir. Ölkənin sabiq lideri seçki kampaniyası üçün ayrılan vəsaitdən sui-istifadədə ittiham olunur.

 

Manset.az xəbər verir ki, həm ölkə həyatında, həm də şəxsi münasibətlərdə baş verən hər hansı hadisəyə şərh verməkdən imtina edən və uzun müddət susan keçmiş birinci xanım Melaniya Tramp ərinin həbsi fonunda özünü xatırlatmaq qərarına gəlib. O, sosial şəbəkədə yeni paylaşım edib. Ancaq onun statusu Donald Trampla bağlı vəziyyətə aid olmayıb.

Trampın həyat yoldaşı keçmiş prezidentin həbsi və məhkəməsi ilə bağlı düşüncələri əvəzinə həmyerlilərini Pasxa bayramı münasibətilə təbrik edib.

Onu da bildirək ki, Melaniya Tramp məhkəmədə əri Donald Trampı dəstəkləmək üçün Nyu-Yorka getməyib.

Keçmiş Ağ Ev rəhbərinin Melaniya Trampla nikahda doğulan uşaqları da məhkəmədə iştirak etməyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az