Səudiyyə Ərəbistanında qeyri-adi dolu - VİDEO

15:03 - 11 Aprel 2023

Səudiyyə Ərəbistanında qeyri-adi dolu - VİDEO

Səudiyyə Ərəbistanının Əl-Bəha şəhərində fırtınalı hava şəraiti davam edərkən, bölgəyə güclü dolu yağıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dolu fırtınası səbəbindən şəhər tamamilə ağarıb, avtomobillər yolda qalıb. Yolların təmizlənməsi üçün ciddi səy göstərilir.

Səlahiyyətlilər şəhərdə polis və tibb qruplarının sayını artırıb və vətəndaşlara nəqliyyatda hərəkətdə olarkən lazımi tədbirlər görmələri barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanının digər bölgələrində nadir hallarda müşahidə olunan şiddətli yağış, dolu və arabir qar sakinlərə mənfi təsir etsə də, bölgədən gələn qeyri-adi görüntülər izləyənləri heyrətə salıb.

Milli Meteorologiya Xidməti açıqlamasında bir çox bölgədə təsirli olacağı gözlənilən dolu, daşqın və tufanlar barədə vətəndaşları xəbərdar edib və lazımi tədbirləri görmələrini istəyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az