Bolqarıstandan qeyri-qanuni yollarla gətirdikləri avtomobilləri şassi nömrələrini dəyişdirərək bazara çıxaran şəbəkəyə qarşı Ankara mərkəzli 45 vilayətdə təşkil edilən “Əlaqə” əməliyyatında 150 nəfər saxlanılıb, 275 avtomobil müsadirə edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qruplarının apardığı işlər nəticəsində Bolqarıstandan ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən avtomobillərin və ağır zədələnmiş avtomobillərin mühərrik və şassi nömrələrinin kopyalanaraq bazara çıxarıldığı müəyyən edilib.
Təxminən 1 il davam edən texniki və fiziki təqib nəticəsində 369-u Türk, 484-ü Bolqarıstan vətəndaşı olmaqla cəmi 848 şübhəli müəyyən edilib.
Cinayət təşkilatına qarşı keçirilən əməliyyatda digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Manşet.az