Fransada çökən binada ölənlərin sayı artdı

21:38 - 11 Aprel 2023

Fransada çökən binada ölənlərin sayı artdı

Fransanın Marsel şəhərində baş verən partlayışdan sonra uçan 4 mərtəbəli binada həyatını itirənlərin sayı 6-ya yüksəlib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fransanın dövlət prokurorluğu məlumat yayıb.

Bildirilib ki, fövqəladə xidmət əməkdaşları dağıntıların altından 74 yaşlı cütlük və 88 və 65 yaşlı iki qadın cəsədini tapıblar. 

Qeyd edək ki, bazar ertəsi Marseldəki təmirə ehtiyacı olan  köhnə bina tamamilə çöküb.

Fransa polisi binada tapılan ilk cansız cəsədin tapılmasından sonra, araşdırmaya başlanıldığını bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az