Fransanın Marsel şəhərində baş verən partlayışdan sonra uçan 4 mərtəbəli binada həyatını itirənlərin sayı 6-ya yüksəlib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Fransanın dövlət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, fövqəladə xidmət əməkdaşları dağıntıların altından 74 yaşlı cütlük və 88 və 65 yaşlı iki qadın cəsədini tapıblar.
Qeyd edək ki, bazar ertəsi Marseldəki təmirə ehtiyacı olan köhnə bina tamamilə çöküb.
Fransa polisi binada tapılan ilk cansız cəsədin tapılmasından sonra, araşdırmaya başlanıldığını bildirib.
Jalə
Manşet.az