Makronun çıxışı etirazçılar tərəfindən kəsildi - "Fransız demokratiyası haradadır?"

22:56 - 11 Aprel 2023

Makronun çıxışı etirazçılar tərəfindən kəsildi - \"Fransız demokratiyası haradadır?\"

Fransa prezidenti Emmanuel Makron rəsmi səfəri çərçivəsində getdiyi Niderlandda çıxışı zamanı etiraz aksiyası yaşanıb.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nexus İnstitutunun Haaqadakı Amare Teatrında təşkil etdiyi tədbirin açılış nitqi ilə çıxış edən Makronun nitqi nümayişçilər tərəfindən kəsilib.

Nümayişçilər “Fransız demokratiyası haradadır? Biz onu nə vaxt itirmişik?” deyə “Zorakılıq və ikiüzlülük” yazılmış pankartlar da hazırlayıb.
Çıxışı yarımçıq qalan Makron nümayişçilərin olduğu eyvana qayıdıb və “Mənə bir az vaxt versəniz, bu suala cavab verə bilərəm” cavabını verib.

Mühafizəçilər cəld müdaxilə edərək nümayişçiləri zaldan çıxarıblar.

Etirazçılar çıxarıldıqdan sonra “sosial müzakirənin aparılması çox vacibdir” deyən Makron çıxışına “Fransada müzakirə etdiyimiz məsələlərlə bağlı bütün suallarınızı cavablandıra bilərəm” sözləri ilə davam edib.

Makron həmçinin bildirib ki, qanunlara zidd olaraq “istədiklərini” edənlər “demokratiyanı riskə atırlar”.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az