“Putin Ukraynanı sevir” - Tramp

09:39 - 12 Aprel 2023

“Putin Ukraynanı sevir” - Tramp

“Rusiya Prezidenti Vladimir Putinlə söhbətlərimdə onun Ukraynaya olan sevgisini hiss etmişəm”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp deyib.

“Mən onun Ukraynanı sevdiyini və onu Rusiyanın bir hissəsi hesab etdiyini görmüşəm. Mən ona demişəm: “Nə qədər ki mən prezidentəm, bu baş verməyəcək””, - deyə Tramp qeyd edib.

Sabiq Prezident, həmçinin Putinlə yaxşı münasibətləri olduğunu və onunla söhbətlərində Ukrayna mövzusunun tez-tez gündəmə gəldiyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az