Son dövrdə Aralıq dənizini keçərək İtaliyaya gələn qeyri-qanuni miqrantların sayının sürətlə artması baş nazir Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökumətini yeni addımlar atmağa vadar edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İtaliyada sağçı koalisiya hökuməti son dövrdə artan qeyri-qanuni immiqrant gəlişləri səbəbiylə ölkə daxilində 6 aylıq fövqəladə vəziyyət elan edib.
Baş nazir Meloni, kabinet iclasından sonra verdiyi açıqlamada, "Mühacir axınının idarə edilməsinin daha təsirli və vaxtında həll edilməsi üçün immiqrasiya ilə bağlı fövqəladə vəziyyət tətbiq etdik" – deyib.
Manşet.az