Polşanın baş naziri Mateuş Moraviçki, Avropanın ən güclü ordusunu qurmaq üçün Amerika müdafiə sənayesi ilə əməkdaşlıq etmək istədiklərini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris rəsmi danışıqlar üçün Vaşinqtonda səfərdə olan Polşanın baş naziri Mateuş Moraviçki ilə Ağ Evdə birgə mətbuat konfransı keçirib.
“Rusiya imperializminin dirçəlməsi yeni soyuq müharibənin xəbərçisidir”, - deyən Moraviçki əlavə edib ki, Ukraynaya dəstək verilməsə, qlobal münaqişə riski ola bilər.
O, ölkəsinin Avropa təhlükəsizliyinin təməl daşı olmaq istədiyini ifadə edərək, "Polşa Avropanın ən güclü ordusunu qurmaq istəyir. Ona görə də biz dünyanın ən qabaqcıl müdafiə sənayesi olan Amerika sənayesi ilə əməkdaşlıq etmək istəyirik” – deyib.
Manşet.az