Rusiya ilk dəfə olaraq İrana bu yolla ixracata başladı - Röyters

11:13 - 12 Aprel 2023

Rusiya ilk dəfə olaraq İrana bu yolla ixracata başladı - Röyters

Dünyanın ən böyük neft ixracatçılarından biri olan Rusiya bu il ilk dəfə dəmir yolu ilə İrana yanacaq ixrac etməyə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara görə hər gün təxminən 160 milyon avro itirdiyi təxmin edilən Rusiya Çindən sonra istiqamətini İrana çevirib.

Rusiya fevral və mart aylarında İrana 30 min ton neft və dizel tədarük edib.

Hər ikisi Qərbin sanksiyaları altında olan Rusiya və İran həm öz iqtisadiyyatlarını dəstəkləmək, həm də ədalətsiz hesab etdikləri Qərb sanksiyalarını zəiflətmək üçün daha sıx əlaqələr qurmağa çalışırlar. Rusiya baş nazirinin müavini Aleksandr Novak İranla neft mübadiləsinə başladığını elan etsə də, faktiki tədarüklərə bu il başlanılıb.

Mart ayında Rusiya gündəlik 3,38 milyon barel olan xam neft ixracının 91 faizini Çin və Hindistana həyata keçirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az