Quş qripi 56 yaşlı qadının ölümünə səbəb oldu

12:13 - 12 Aprel 2023

Quş qripi 56 yaşlı qadının ölümünə səbəb oldu

Çində 56 yaşlı qadın A (H3N8) quş qripindən dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Ümumdünya Səhiyyə Təşkilatına quş qripinin A (H3N8) ştammına yoluxmuş bir nəfərin öldüyü barədə məlumat verib. Xəstənin 56 yaşlı qadın olduğu bildirilib.

ÜST-dən verilən açıqlamaya görə, Çin Milli Səhiyyə Komissiyası martın 27-də bir nəfərdə A (H3N8) virusunun aşkarlandığı barədə məlumat paylaşıb. Bu günə qədər 3 nəfər A(H3N8) virusuna yoluxub və bütün hallar Çində qeydə alınıb.

Çində quş qripinə yoluxduğu bildirilən xəstənin Quanqdonq əyalətində yaşayan 56 yaşlı qadın olduğu bildirilib. Fevralın 22-də xəstəliyə yoluxan şəxs ağır pnevmoniya ilə əlaqədar martın 3-də xəstəxanaya yerləşdirilib və martın 16-da dünyasını dəyişib.

Yeni bildirilmiş hal üzrə epidemioloji araşdırma və yaxın təmasda axtarış aparılsa da, yoluxmuş şəxslə təmasda olan şəxslər arasında başqa yoluxma halı aşkar edilməyib.

Bu virusun insandan insana asanlıqla yayılmadığı və buna görə də insanlar arasında milli, regional və beynəlxalq yayılma riskinin az olduğu düşünülür.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az