Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak ABŞ Müdafiə Nazirliyinin Ukrayna-Rusiya müharibəsi ilə bağlı məxfi sənədlərinin sızması ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Podolyak mövzu ilə bağlı sosial media hesabında yazıb:
“Müharibəyə düzgün şəkildə son qoymaq və Rusiya Federasiyasının reallıqla üz-üzə gəlməsi üçün sızıntılar haqqında düşünməyə daha az və uzaqmənzilli silahlara daha çox ehtiyacımız var”.
ABŞ mediası müdafiə naziri Lloyd Austin sızıntılarla bağlı verdiyi açıqlamada, "Bunun mənbəyini və ölçüsünü tapana qədər hər daşın altına baxmağa və araşdırmağa davam edəcəyik" – deyib.
Manşet.az