İranda kütləvi zəhərlənmə ilə bağlı saxlanılanlar var

14:49 - 12 Aprel 2023

İranda kütləvi zəhərlənmə ilə bağlı saxlanılanlar var

İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı bəzi şəxslərin saxlanıldığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Burucerd Qubernatorluğundan verilən açıqlamada, şəhərdəki məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələri ilə əlaqəli olduğu təsbit edilən şəxslərin tutulduğu bildirilib:

 “Bu çərçivədə məktəbləri bağlayan, təhlükəsizliyi və şagirdlərin təhlükəsizliyini pozan şəxslər aşkar edilərək saxlanılıb”.

Bəyanatda neçə nəfərin saxlandığı dəqiqləşdirilməsə də, kütləvi zəhərlənmə hallarının səbəbkarlarının ciddi şəkildə cəzalandırılacağı qeyd edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az