Rusiyadan taxıl dəhlizi sazişi ilə bağlı AÇIQLAMA

16:09 - 12 Aprel 2023

Rusiyadan taxıl dəhlizi sazişi ilə bağlı AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan Taxıl Dəhlizi Sazişinin uzadılmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Peskov, müqavilənin Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınması ilə bağlı hissəsi yerinə yetirilmədiyini bildirib.

“Müqavilə tam müddətə deyil, 60 günə uzadılıb, çünki bu müqavilənin yarısı yerinə yetirilməyib və bu gün də həyata keçirilmir. Biz bilirik ki, BMT nümayəndələri bununla bağlı təşəbbüslər irəli sürüblər, lakin sazişin ikinci hissəsi hələ də həyata keçirilmir. Heç bir sövdələşmə bir ayaq üstə dura bilməz, iki ayaq üstə durmalıdır. Bu baxımdan, hazırkı vəziyyətdə (müqavilənin uzadılması) ehtimal azdır”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az