Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.
Manset.az Trthaber-ə istinadən xəbər verir ki, görüşdə Məscidül-Əqsada baş verən son hadisələr müzakirə olunub.
Görüş zamanı Məscidül-Əqsa kontekstində baş verən son hadisələr müzakirə edilib.
Nazir Çavuşoğlu, İsrail hökumətinin Ramazan ayının sonuna qədər müsəlmanlardan başqa heç kimin Məscid-i Əqsaya girməsinə icazə verməməsi qərarını gərginliyin azaldılması baxımından müsbət qarşıladığını ifadə edərək, Məscidül-Əqsada təxribatların təkrarlanmaması lazım olduğunu vurğulayıb.
Nazir Çavuşoğlu da Türkiyənin gərginliyin azaldılması üçün hər cür töhfə verəcəyini bildirib.
Jalə
Manşet.az