Bayden Avropaya getdi, ruslar raket atdı

10:46 - 13 Aprel 2023

Bayden Avropaya getdi, ruslar raket atdı

Co Baydenin Şimali İrlandiyada sülhün 25-ci ildönümü münasibətilə Avropa səfərinə başlamasından sonra Rusiya qitələrarası raket sınağı ilə güc nümayişi edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmiləri Baydenin Avropaya ayaq basdığı ​​gün qabaqcıl qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini açıqlayıb.

Raketin sınaq atışının uğurla həyata keçirildiyini bildirən Rusiya rəsmiləri, “Atışda məqsəd qabaqcıl qitələrarası ballistik raket avadanlıqlarının sınaqdan keçirilməsi idi” – deyib. Açıqlamada sınaq atəşinin həyata keçirildiyi raketin adı ilə bağlı məlumat verilməyib.

Qazaxıstanda Sarı-Şaqan poliqonunda hədəfi vurduğu bildirilən raketin "Şeytan" ləqəbli Sarmat qitələrarası raketi və ya Topol-ME raket sistemi olduğu iddia edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az