Milyonlarla insanın ölümünə səbəb olan Covid-19 virusu yenidən mutasiyaya uğrayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda aşkar edilən "Arcturus" adlı yeni alt variantda virusu daha yoluxucu edən mutasiyalara malik olduğunu açıqlayıb.
Ölkədə gündəlik yoluxma hallarının sayı 3 min nəfər artıb. Texniki olaraq “XBB.1.16” adlanan Omicron alt variantı Arcturus, keçən ay infeksiyaların 13 dəfə artdığı ölkədə Covid hadisələrinin yeni artımına səbəb olub.
Bəzi ştatlarda bir ildən çox müddətdə ilk dəfə üz maskaları yenidən ictimaiyyətə təqdim olunur. Hamilə qadınlar, yaşlılar və əsas sağlamlıq problemləri olanlar üçün maskaların taxılmasının məcburi olduğu bəyan edilib.
Ümumdünya Səhiyyə Təşkilatı hazırda ilk dəfə yanvarın sonunda aşkar edilən XBB.1.16-nın monitorinqini aparır və rəsmilər Arcturus-da bəzi narahatlıq doğuran mutasiyaların olduğunu bildirirlər.
Manşet.az