Makron Çin prezidenti ilə görüşdü, Fransa Ukrayna yardımına veto qoydu

15:15 - 13 Aprel 2023

Makron Çin prezidenti ilə görüşdü, Fransa Ukrayna yardımına veto qoydu

Avropa Komissiyasındakı fransız diplomatlar Ukraynaya hər biri bir milyard avro dəyərində sursat göndərilməsi paketlərinə veto qoyublar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinə gedən Fransa prezidenti Emmanuel Makronun “Avropa kiminsə kuklası ola bilməz” bəyanatından sonra Avropa Komissiyasındakı fransız diplomatlar Ukraynaya hər biri bir milyard avro dəyərində sursat göndərmək üçün hər iki paketə veto qoyub.

Diplomatların veto qoyduğu paketlər 1 milyard avro büdcə ilə Avropa dövlətlərindən sursat alıb Ukraynaya göndərilməsi paketi, digəri isə bir milyard avro sərmayə ilə Ukrayna üçün Avropada sursat istehsalını nəzərdə tutan paket idi.

Fransanın veto hüququna görə Avropa İttifaqı hələlik məsələ ilə bağlı hər hansı qərar qəbul etməyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az