ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə sürücüləri narahat edən böyük çuxurları bağlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şvartsenegger çuxurları bağladığı anları sosial media hesabında paylaşıb. Məşhur aktyorun paylaşımı qısa zamanda çoxlu şərh və bəyənmə alıb.
O, paylaşımında, "Komandam və mən onun üzərindən keçən avtomobilləri və velosipedləri viran qoyan və həftələrdir bütün qonşularımı narahat edən nəhəng çuxuru bağlamağa gəlmişik. Hər dəfə deyirəm. Şikayət etməyin, sadəcə edin. Buyurun” – ifadələrindən istifadə edib.
Manşet.az