Bələdiyyənin etmədiyini görən Arnold Şvartsenegger yoldakı çuxurları özü bağlayır - VİDEO

15:41 - 13 Aprel 2023

Bələdiyyənin etmədiyini görən Arnold Şvartsenegger yoldakı çuxurları özü bağlayır - VİDEO

ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə sürücüləri narahat edən böyük çuxurları bağlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şvartsenegger çuxurları bağladığı anları sosial media hesabında paylaşıb. Məşhur aktyorun paylaşımı qısa zamanda çoxlu şərh və bəyənmə alıb.

O, paylaşımında, "Komandam və mən onun üzərindən keçən avtomobilləri və velosipedləri viran qoyan və həftələrdir bütün qonşularımı narahat edən nəhəng çuxuru bağlamağa gəlmişik. Hər dəfə deyirəm. Şikayət etməyin, sadəcə edin. Buyurun” – ifadələrindən istifadə edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az