Nyu-York meri Erik Adams cinayətlə mübarizə çərçivəsində şəhərdə bir çox texnoloji yeniləmələrin, o cümlədən robotik cihazlarda yeniləmələrin edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NYPD-ni cinayətlə mübarizədə ön plana çıxarmaq üçün dünyada ən son texnologiyaları araşdırdıqlarını ifadə edən Adams, "texnologiyadan qorxmamalı və şəffaflığın əsas olması lazım olduğunu" vurğulayıb.
Nyu York polisinin bu yay sınaqdan keçirəcəyi ən maraqlı texnologiyalardan biri olan “Digidog” adlı robot mobil K-9, robot itin sürətli və çevik hərəkətlərinə diqqət çəkib.
"Biz ictimaiyyətin bilməsini istəyirik ki, bu texnologiyalar şəffaf, ardıcıl və həmişə xidmət etdiyimiz insanlarla əməkdaşlıqda istifadə olunacaq".
Təxminən 32 kiloqram ağırlığında olan və saatda 5,6 kilometr sürətə malik Digidog cihazının yüksək riskli və ya təhlükəli hadisələrin araşdırılmasında NYPD-yə kömək etmək üçün nəzərdə tutulduğu və ikitərəfli əlaqə qabiliyyətinə malik olduğu bildirilib.
Digidogların heç vaxt silah daşımayacağı və müşahidə məqsədləri üçün istifadə edilməyəcəyi qeyd edilib.
Manşet.az