Hərbi fəaliyyətlərə görə Çin aprelin 16-18-də Tayvan adasının şimalı üçün “uçuş qadağan zonası” elanının müddətini məhdudlaşdırıb.
Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Pekin rəhbərliyi tərəfindən dərc edilən yeni hava və dəniz təhlükəsizliyi xəbərdarlığına (NOTAM) görə, adanın şimalında 3 gün müddətinə elan edilən uçuş qadağası aprelin 16-da yerli saat 09:30-09:57 arasında tətbiq ediləcək.
Tayvanın nəqliyyat qurumu suverenlik mübahisəsi olan Çinin bu qərarına mülki hava nəqliyyatında axsama səbəb olacağı səbəbi ilə etiraz etmişdi.
Uçuş qadağan zonası elan edilən ərazi Tayvan adasından təxminən 85 dəniz mili şimal-şərqdə yerləşir.
Yeni xəbərdarlığın Tayvana gediş-gəliş edən 33 reysə aid olduğu bildirilir. Xəbərdarlığa görə, uçuşlar Taypey Hava Məlumatı (FIR) Xəttindən Yaponiyanın cənubundakı Fukuoka FIR Xəttinə yönləndiriləcək.
Taipei FIR Line gündə 18 beynəlxalq marşrut üzrə təxminən 160 səfər üçün istifadə olunur.
Jalə
Manşet.az