Azərbaycan bu təşkilata üzv olmaq istəyir - Çavuşoğlu açıqladı

23:14 - 13 Aprel 2023

Azərbaycan bu təşkilata üzv olmaq istəyir - Çavuşoğlu açıqladı

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "HaberTürk" kanalına müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, rəsmi Bakı artıq təşkilata üzv olmaq üçün müraciət edib.

8 müsəlman dövlətindən ibarət D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə qurulub. Təşkilatın üzvləri Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az