Məşhur aktyorun Mossad agenti olduğu üzə çıxdı - FOTO

10:09 - 14 Aprel 2023

Məşhur aktyorun Mossad agenti olduğu üzə çıxdı - FOTO

Ötən ay dünyasını dəyişən məşhur israilli aktyor Haim Topolun Mossad agenti olduğu üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail mətbuatına danışan ailəsi Topolun İsrail xarici kəşfiyyatı Mossad üçün bir çox gizli missiyalarda iştirak etdiyini açıqlayıb.

O, 1971-ci ildə çəkilmiş "Damda skripkaçı" filmi ilə dünya şöhrəti qazanıb. O, bu reputasiyadan İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın gizli missiyalarında istifadə edib.

Ötən ay 87 yaşında dünyasını dəyişən Haim Topolun ailəsi məşhur aktyorun Mossad agenti olduğunu açıqlayıb.

İsrail mətbuatına danışan ailəsi Topolun onlara izah etmədiyi bir çox xaricə səfərlər etdiyini bildirib.

Uzun illər İngiltərənin paytaxtı Londonda yaşayan israilli aktyorun daha sonra Mossadın rəhbəri olacaq Zvi Amirlə tez-tez görüşdüyü bildirilib.

Topolun oğlu atasının ərəb ölkələrindən birinin konsulluğunu missiya ilə dinləmək missiyasının təfərrüatlarını da açıqlayıb.

Onun sözlərinə görə, atası və komandası Konsulluğun binasına bitişik kirayəlik mənzilin divarını qazaraq, onu diş həkimi kimi göstərib, dinləmə avadanlığı quraşdırıblar.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az