ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məxfi sənədlərinin açıqlanması bir çox məxfi məlumatların ortaya çıxmasına səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngilis Teleqraf qəzeti sızdırılmış sənədlərdə keçən il baş verən təhlükəli bir detalı oxucuları ilə bölüşüb.
ABŞ Müdafiə Nazirliyindən sızan məxfi sənədlərə görə, sentyabrın 29-da Qara dənizdə fəaliyyət göstərən Rusiya təyyarəsi yerüstü nəzarətçinin əmrini səhv başa düşərək Britaniyanın müşahidə təyyarəsini raket ilə vurmağa çalışıb.
Təyyarədə baş verən texniki səhv böyük böhranın qarşısını alıb. Pilot raketi buraxmağa çalışsa da, buraxılış baş tutmayıb.
Manşet.az