ABŞ-ın Filadelfiya şəhərində dayanacaqda 750 min dollarlıq qəpik daşıyan yük maşınından 100 min dollar dəyərində sikkə oğurlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Filadelfiya polisinin verdiyi açıqlamada, ABŞ Sikkəxanasından sikkələri götürdükdən sonra dayanacaqda dayanmış yük maşınından təxminən 100 min dollar dəyərində on sent oğurlanıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Manşet.az