Rusiyanın müdafiə naziri Sergey Şorqu bildirib ki, Rusiya Sakit Okean donanmasını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şoyqu,
“Bu yoxlamanın əsas məqsədi Silahlı Qüvvələrin okean və dəniz istiqamətindən düşmənin mümkün hücumunu dəf etmək qabiliyyətini artırmaqdır”, - deyib.
Təlim həm də düşmənin Rusiyanın Saxalin adasına və onun cənubundakı Kuril adalarına enişini simulyasiya edəcək.
Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimlər çərçivəsində təlim bölgələrinə yerləşdiriləcəyini və döyüş təlimləri keçirəcəyini bildirib.
Manşet.az