ABŞ rusiyalı diplomatlara viza verdi

16:13 - 14 Aprel 2023

ABŞ rusiyalı diplomatlara viza verdi

ABŞ Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinə BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün viza verməyə başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, rusiyalı diplomatlar ABŞ-yə aprelin sonunda, BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün yollanacaqlar.

Məlumat üçün əlavə edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Vaşinqton rusiyalı diplomatlara viza verməkdən imtina edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az