ABŞ-da mütəxəssislər okeanın dibindəki çatın apokaliptik zəlzələyə səbəb ola biləcəyindən ehtiyat edərək yüksək hazırlıq vəziyyətindədirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən qırılma xəttinin qırıldığı halda 9 bal gücündə zəlzələ gözlənilir.
ABŞ-da elm adamları, Sakit Okeanın dərinliyində 600 mil (965 kilometr) qırılma xəttində bir dəliyin ABŞ-ın şimal-qərbindəki şəhərləri məhv edəcək dağıdıcı zəlzələyə səbəb ola biləcəyini açıqlayıb.
Şimali Kaliforniyadan Kanadaya qədər uzanan, Kaskadiya Subduksiya Zonası kimi tanınan maili qırılma Oreqon sahil zolağından 50 mil (80 kilometr) məsafədədir.
Elm adamları maye püskürən dəliyin Sakit okeanın şimal-qərbində 9 bal gücündə zəlzələyə səbəb olacağını düşünürlər.
Robot dalğıc ilk dəfə səkkiz il əvvəl okeanın dibindən qalxan metan qabaecıqların görünməsindən sonra dəliyi tapmışdı.
Lakin Vaşinqton Universitetinin rəhbərlik etdiyi yeni bir analiz, kimyəvi cəhətdən fərqli mayenin daha çox axdığını qeyd edib.
Tədqiqatçılar, çıxan mayenin fay xəttinin hərəkətinə səbəb olduğunu və belə bir maye çıxmazsa, qırılma nəticəsində yaranan gərginliyin daha dağıdıcı zəlzələ yarada biləcəyini ifadə ediblər.
Məlumatlar göstərir ki, mənbədən gələn maye plitə sərhəd xəttindən gəlir və ətrafdakından daha isti görünür.
Sözügedən qırılma xətti Setl və Portland, Oreqon da daxil olmaqla bir çox böyük meqapolis ərazilərə aiddir.
Fay xəttinin ən uclarında baş verə biləcək zəlzələ Şimali Kaliforniyanın bəzi hissələrinə və Kanadanın Vankuver adasının bəzi hissələrinə ziyan vura bilər.
Manşet.az