Fransa mübahisəli pensiya islahatını təsdiqlədi

21:19 - 14 Aprel 2023

Fransa mübahisəli pensiya islahatını təsdiqlədi

Fransada Konstitusiya Şurası pensiya yaşının 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, şura qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqi ilə yanaşı, islahatla bağlı 6 maddənin bəzilərini tam, bəzilərini isə qismən rədd edibş

Bundan əlavə, Şura deputatların pensiya islahatının referenduma çıxarılması ilə bağlı tələbini də rədd edib.

Şuranın qərarı ilə Fransa prezidenti Emmanuel Makron islahatı konstitusiyaya zidd maddələrdən uzaq bir şəkildə həyata keçirə biləcək.

Ölkədə 3 aydır gündəmin əsas mövzularından olan pensiya islahatının əleyhinə olanlar dünən 12-ci dəfə kütləvi nümayişlər təşkil ediblər, 80 nəfər saxlanılıb, 76 təhlükəsizlik işçisi yaralanıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az