İtaliya dəmiryolçuları tətil edirlər

21:53 - 14 Aprel 2023

İtaliya dəmiryolçuları tətil edirlər

İtaliyada Həmkarlar ittifaqlarının çağırışı ilə  dəmir yolçuları - operatorlar, qatar rəisləri və maşinistlər də daxil olmaqla Trenitalia işçiləri ölkə daxilində saat 09.00-17.00-a qədər işləməkdən imtina edib.

 

Manset.az Trthaber-ə istinadən xəbər verir ki, tətil zamanı, əvvəllər sərnişinlərə zəmanət verilmiş uçuşlar istisna olmaqla, digər səfərlər təxirə salınıb.

Tətildə iştirakın ölkə daxilində 80-100 faiz olduğu, sürət qatarlarında, şəhərlərarası qatarlarda və regional şəhərətrafı xətlərdə bir çox reyslərin ləğv edildiyi bildirilib.

İtaliya mətbuatı tətil xəbərini “Qara cümə” başlığı ilə açıqlayıb.

Həmkarlar ittifaqları Milanın mərkəzi vağzalındakı platformalara öz pankartlarını asıb.

Həmkarlar ittifaqı üzvü Ancelo Zammito bildirib ki, qatar rəisləri və maşinistləri bu gün tətilə çıxdılar, çünki iş şəraiti artıq dayanıqlı deyildi. Təəssüf ki, növbələr getdikcə çətinləşir.

İş saatlarında yemək vaxtlarına hörmət edilmədiyini dilə gətirən Zammito, bu kursun dəyişdirilməsi və şirkətdən tələblərinə cavab alınması zərurəti yarandığı üçün tətilə başladıqlarını ifadə edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az