Almaniya nüvə enerjisi ilə vidalaşdı

10:05 - 17 Aprel 2023

Almaniya nüvə enerjisi ilə vidalaşdı

Almaniyada ölkə üzrə son üç atom elektrik stansiyasının bütün reaktorları sıradan çıxıb. Beləliklə, Almaniya nüvə enerjisi istehsalını dayandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyada 61 ildən sonra nüvə enerjisi erası başa çatıb. Ölkənin son üç atom elektrik stansiyasının bütün reaktorları bağlanıb. Bavariyada Isar 2, Baden-Vürtemberqdə Neckarwestheim 2 və ölkənin şimal-qərbindəki Emsland nüvə elektrik stansiyaları fəaliyyətini dayandırıb. Beləliklə, ölkədə nüvə enerjisi istehsalından çıxmaq prosesi başa çatıb.

Atom elektrik stansiyaları ötən il ölkənin enerji ehtiyacının təxminən 6 faizini ödəyib. Ölkədə fəaliyyətini dayandırmış 30-a yaxın atom elektrik stansiyası sökülməlidir. Atom elektrik stansiyasının sökülməsi prosesi təxminən 15 il çəkir. Radioaktiv tullantıların saxlanması üçün hələ də qəti həll yolu tapılmayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az