Sudanda 100-ə yaxın dinc sakin həyatını itirdi

10:44 - 17 Aprel 2023

Sudanda 100-ə yaxın dinc sakin həyatını itirdi

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDG) arasında şənbə günü baş verən qarşıdurmada həyatını itirənlərin sayı artır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sudanda həftə sonu baş verən hadisələrdə ordu ilə yarımhərbi qüvvələr arasında baş verən toqquşmalar nəticəsində ən azı 97 mülki şəxs həyatını itirib.

Sudan Həkimlər Sindikatı bu gün açıqlayıb ki, bazar günü toqquşmalar nəticəsində ölkədə ən azı 41 mülki şəxs ölüb. Beləliklə, həftə sonu Sudanda baş verən qarşıdurmada həyatını itirən mülki şəxslərin sayı 97-yə çatıb. Həkimlər həmkarlar ittifaqı bölgədəki şəraitə görə çox sayda insanın xəstəxanaya çatdırıla bilmədiyi üçün faktiki can itkisinin daha çox ola biləcəyinə diqqət çəkib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az