Koronavirusdan öldüyü deyilirdi, 2 ildən sonra evə qayıtdı - Ailəsi şokdadır

11:23 - 17 Aprel 2023

Koronavirusdan öldüyü deyilirdi, 2 ildən sonra evə qayıtdı - Ailəsi şokdadır

Hindistanda iki il əvvəl koronavirus səbəbilə vəfat etdiyi açıqlanan və onun üçün dəfn mərasimi təşkil edilən şəxs evinə qayıdıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, öldüyü deyilən şəxsin qohumu jurnalistlərə bildirib ki, o, 2021-ci ildə Covid-19 epidemiyasının ikinci dalğasında ağır xəstə olaraq Qucarat Dövlət Xəstəxanasına aparılıb və daha sonra xəstəxanadan onlara təhvil verilən cəsəd üçün cənazə mərasimi keçiriblər.

Öldüyünü zənn etdikləri şəxsin iki ildən sonra bibisinin qapısını döydüyünü qeyd edən qohumu hadisədən bütün ailə üzvlərinin və yaxınlarının şoka düşdüyünü bildirib.

O, iki il ərzində harada olduğu barədə onlara heç bir məlumat verməyib.

Polis məmuru da ailəsi tərəfindən öldüyü düşünülən şəxsin əsl hekayəsinin ifadəsi alındıqdan sonra aydınlaşacağını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az