Qadağan olunmuş öskürək siropu səbəbiylə 6 uşaq dünyasını dəyişdi

12:12 - 17 Aprel 2023

Qadağan olunmuş öskürək siropu səbəbiylə 6 uşaq dünyasını dəyişdi

Kamerunun Şimal-Qərb bölgəsində qadağan olunmuş öskürək siropundan altı uşaq ölüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İctimai Səhiyyə Nazirliyinin Şimal-Qərb Bölgəsi üzrə nümayəndəsi Kingsley Che Soh verdiyi açıqlamada 6 uşağın qadağan olunmuş öskürək siropundan qəbul edərək öldüyünü təsdiqləyib.

Siropun böyrəklərə ciddi ziyan vurduğunu bildirən Soh, ötən ay Cənub-Qərb bölgəsində 3 uşağın ölümündən sonra dərmanın istifadəsinin qadağan edildiyini bildirib.

Soh, siropu olanları dərhal dərmanı məhv etməyə çağırış edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az