Qərbi Janaözen şəhərində iki mərtəbəli yaşayış binasında təbii qaz partlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib.
Partlayışdan sonra qismən dağılan mənzilin dağıntıları altında 1-i uşaq olmaqla 4 nəfərin cansız cəsədi tapılıb.
Partlayış nəticəsində 11 nəfər yaralanıb.
Hadisə yerinə axtarış-xilasetmə işçiləri, əsgərlər, polis və səhiyyə işçiləri də daxil olmaqla 300-dən çox vəzifəli şəxs göndərilib.
Ştat qubernatoru Nurlan Noqayev bildirib ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb və cinayət işi açılıb.
Qazaxıstan Milli Neft Şirkəti “KazMunayQaz” hadisə zamanı evlərini itirən ailələrə yeni mənzillər alacaqlarını və lazımi köməklik göstərəcəklərini açıqlayıb.
Manşet.az