Putin Rusiya donanmaları barədə göstəriş verdi

13:02 - 17 Aprel 2023

Putin Rusiya donanmaları barədə göstəriş verdi

Rusiya prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya Rusiya donanmalarında yoxlamaları davam etdirməyi tapşırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Kreml Sarayında Şoyqu ilə görüşüb.

Görüşdə Putinə aprelin 14-də Rusiyanın Sakit Okean Donanmasında başlayan yoxlamalar barədə məlumat verən Şoyqu, “Yoxlamalar çərçivəsində 25 mindən çox əsgər, 167 döyüş gəmisi, 12 sualtı qayıq, 89 təyyarə və helikopter istifadəyə verildi. Yoxlamalara cəlb olunan bölmələr döyüş hazırlığı çərçivəsində döyüş hazırlığı vəziyyətinə gətirilərək vəzifələrini yerinə yetirməyə başladı” – deyib.

Yoxlamaların yekun mərhələsinin aprelin 18-də keçiləcəyini bildirən Şoyqu, yoxlamalardan sonra donanma hissələrinin daimi mövqelərinə qayıdacaqlarını bildirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az