Polşada bıçaqla silahlanmış bir kişi üç ukraynalı qadına hücum edib, onlardan biri ölüb, 2 nəfər yaralanıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşa KİV-də məlumat yayılıb.
Qeyd olunub ki, ilkin versiyalara görə, hücum edən şəxs ukraynalı qadınların yaşadığı mənzilə onları soymaq məqsədilə daxil olub.
Polis əməkdaşları tez bir zamanda hadisəni törədən şəxsi cinayət baş verən yerin yaxınlıqdakı ərazidə saxlayıb.