Avstriyadan hicabla bağlı QƏRAR

11:32 - 18 Aprel 2023

Avstriyadan hicabla bağlı QƏRAR

Avstriyada Vyana Regional İnzibati Məhkəməsi iş müsahibəsi zamanı müsəlman qadınlardan hicab haqqında soruşmağın ayrı-seçkilik təşkil etdiyinə qərar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstriyanın paytaxtı Vyanada yaşayan müsəlman qadın uşaq bağçasında köməkçi işlədikdən sonra daha yüksək vəzifə üçün iş müraciəti ilə bağlı verdiyi müsahibədə baş örtüyü ilə bağlı suallara və mənfi şərhlərə məruz qaldığı üçün məsələni məhkəməyə verib.

Vyana Regional İnzibati Məhkəməsi uşaq bağçası məsullarının iş müsahibəsi zamanı hicabla bağlı sual verməsini və şərh verməsini ayrı-seçkilik hesab edərək, zərərçəkənə 2 min avro təzminat ödənilməsinə qərar verib.

Məhkəmə "İş müraciətində hicabla bağlı tez-tez və narahat şəkildə sualların verilməsinə yer yoxdur" – bildirib.

İrqçiliyə Qarşı İş və Mülki Cavab (ZARA) və Avstriya Müsəlmanlar üçün Sənədləşdirmə və Məsləhət Mərkəzi (Dokustelle Österreich) zərərçəkmişə işin məhkəməyə verilməsində köməklik göstərib.

ZARA-nın verdiyi açıqlamada məhkəmənin verdiyi qərarla bu yanaşmanın cins və dinə görə ayrı-seçkiliyə yol açdığını dəyərləndirdiyi vurğulanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az