Ukraynanın müdafiə naziri Oleksii Reznikov Türkiyədən üzr istəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Reznikov, İspaniyanın "La Razon" qəzetinə müsahibəsində Rusiya ilə qarşıdurmalarda ölənlərin sayı ilə Türkiyədəki zəlzələlərdə ölənlərin sayını müqayisə etməsi sərt reaksiyalara səbəb olmuşdu:
"Təbii ki, itkilərimiz var, müharibədəyik. Amma bu itkilər Rusiyadan çox azdır. Rəqəm deyə bilmərəm, amma zəmanət verə bilərəm ki, ümumi sayı Türkiyədəki zəlzələdə ölənlərdən azdır”.
Reznikov Twitter hesabında üzrxahlıq etdiyi şərhdə bunları deyib:
“İspaniyanın “La Razon” qəzetinə müsahibəmdə şərhlərimdən inciyən Ukrayna və Türkiyədə hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Minlərlə günahsız insanı, dostlarımızı, qonşularımızı dəfn etməyin nə olduğunu başa düşürük. Mən türk dostlarımıza Krımda Rusiya işğalının başlanğıcından bəri göstərdikləri sarsılmaz dəstəyə və qəti mövqeyə görə minnətdaram”.
Manşet.az