Türkiyənin İzmir şəhərində oğlu ilə işə getmədiyi üçün mübahisə edən ata onu ov tüfəngi ilə vuraraq öldürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iddialara əsasən, 72 yaşlı kişi oğlunu işə getsin deyə oyandırmağa gedib. Oğlu onu oyandırmağa gələn atası ilə mübahisə etməyə başlayıb. Ata-oğul arasında gərginlik artması nəticəsində kişi 36 yaşlı oğlunu ov tüfəngi ilə vurub.
Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkim qruplarının müayinəsində öz atası tərəfindən vurulan şəxsin öldüyü müəyyən edilib. Cinayət şübhəlisi olan atası polis qrupları tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq hələ də davam edir.
Manşet.az