ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Manset.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Kanada səfirlərinin "Rusiyanın daxili işlərinə ciddi şəkildə müdaxilə etdikləri və diplomatik statusa uyğun olmayan fəaliyyətlə məşğul olduqları" səbəbi ilə nazirliyə çağırıldığını açıqlayıb.
Nazirliyin bəyanatında deyilib ki, "ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiyanın daxili işlərinə ağır müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyətlər həyata keçirdikləri üçün Xarici İşlər Nazirliyinə çağırılıb".
Jalə
Manşet.az