Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə görüşdü - FOTO

23:00 - 18 Aprel 2023

Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə görüşdü - FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə görüşüb.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli əlaqələr və taxıl daşınması məsələləri müzakirə edilib.

Görüşdə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradılan və qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsü müzakirə edilib.

Bu günə qədər 903 gəmi ilə 28,3 milyon ton taxılın ehtiyacı olan ölkələrə təhlükəsiz çatdırılmasını təmin edən təşəbbüsün problemsiz və fasiləsiz davam etdirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə nazir Akar daha çox insan tələfatının qarşısını almaq, bölgədə sülh və sabitliyi bərpa etmək üçün dərhal atəşkəsin əldə olunmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, Türkiyə indiyə qədər olduğu kimi, bölgədə sülhün təmin olunmasında və humanitar yardımda da üzərinə düşəni etməyə davam edəcək

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az