Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada İngiltərə, ABŞ və Kanadanın Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 illik həbs cəzası ilə bağlı “təxribatçı” bəyanatlar verərək “yalan” məlumat yaydığı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya XİN tərəfindən bu açıqlamaların “qəbuledilməz” olduğu vurğulanıb. Bu səbəbdən Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Kanadanın Moskvadakı səfiri Alison Le Claire-in nazirliyə çağırıldığı bildirilib.
Bəyanatda bu cür hərəkətlərin “Rusiyanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirildiyi və səfirlərə etiraz notalarının verildiyi qeyd edilib.
Manşet.az