Çin “superkompüter internet şəbəkəsi” qurmağı hədəfləyir

11:56 - 19 Aprel 2023

Çin “superkompüter internet şəbəkəsi” qurmağı hədəfləyir

Çin texnologiya və tədqiqat imkanlarını təkmilləşdirmək və sənaye tətbiqlərində yüksək emal gücündən yararlanmaq üçün superkompüterlərlə internet şəbəkəsi qurmağı planlaşdırır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin Elm və Texnologiya Nazirliyində universitetlərin, elmi-tədqiqat müəssisələrinin və şirkət nümayəndələrinin, eləcə də qabaqcıl kompüter texnologiyaları üzrə mütəxəssislərin iştirakı ilə layihə ilə bağlı fikirlərini öyrənmək üçün toplantı keçirilib.

Ölkənin şimalındakı Tianjin şəhərində baş tutan görüşdə istifadəçilərin brauzer vasitəsilə bir-birinə bağlı çoxsaylı superkompüterlərə daxil ola biləcəyi şəbəkə modeli müzakirə olunub.

Superkompüterlər üzərində işləyən 15 universitet və tətbiq mərkəzinin nümayəndələri layihədə iştirak etmək və belə bir şəbəkənin sənaye problemlərinin həllini təmin edəcəyi sistemdə iştirak etmək arzusunda olduqlarını bildiriblər və bunun sənayedəki bir çox problemləri həll edə biləcəyini bildiriblər.

İştirakçılar ümumi şəbəkə sektorda resursların qeyri-bərabər paylanması, texnoloji standartların dəyişməsi, proqram təminatının hazırlanması və yayılmasında qarşıya çıxan problemlərə həll yolları təklif edə biləcəyini də əlavə ediblər.

Layihənin kompüter sənayesindən başqa aviasiyadan əczaçılıq sənayesinə, meteorologiyadan maliyyəyə qədər bir çox sahədə tədqiqatçılar və təcrübəçilərə yeni qapılar aça biləcəyi vurğulanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az