Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi və raketləri çatdırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş nazirliyin rəsmi saytında yer alan məlumata görə, vəd edilən yeni hərbi yardım paketi çərçivəsində “Patriot” zenit-raket kompleksi və sursat Ukraynaya çatdırılıb.
Almaniya həmçinin Ukraynaya 16 Zetros yük maşını və daha 2 sərhəd mühafizə maşını tədarük edib.
Bildirilib ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il aprelin 17-dək Ukraynaya 2,7 milyard avro dəyərində silah və hərbi texnikanın göndərilməsinə icazə verib.
Manşet.az