Qarşıdurmalar nəticəsində Aİ-nin nümayəndəsi yaralandı

13:43 - 19 Aprel 2023

Qarşıdurmalar nəticəsində Aİ-nin nümayəndəsi yaralandı

Avropa İttifaqının Sudandakı humanitar yardım missiyasının rəhbəri Vim Fransenin güllə yarası ilə yaralandığı bildirilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qarşıdurmaların baş verdiyi Sudanda işləyən Belçika vətəndaşı olan Fransenin bazar günü paytaxt Xartumda yoxa çıxdığı, çərşənbə axşamı isə yaralı halda tapıldığı bildirilib.

Fransenin zədəsinin ciddi olduğu, lakin həyatı üçün təhlükə olmadığı bildirilib. Aİ rəsmiləri təhlükəsizlik səbəbi ilə Fransenin vəziyyəti barədə ətraflı məlumat verməyiblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az