Rusiyanın trol kimi göstərdiyi xüsusi gəmilərlə Şimal dənizindəki rabitə xətlərində təxribat törətməyi planlaşdırdığı iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Danimarka, Norveç, İsveç və Finlandiyanın ictimai yayım şirkətlərinin birgə araşdırmasında, Rusiya Hərbi Dəniz Qüvvələrinin tədqiqat gəmiləri kimi göstərdiyi trol gəmiləri və xüsusi nəqliyyat vasitələri ilə təxribat planlarının olduğu iddia edilib.
Tədqiqatda 50-yə yaxın gəminin müxtəlif müşahidə avadanlığına malik olduğu və Şimal dənizində mümkün təxribat zonalarının xəritələşdirilməsinin aparıldığı irəli sürülüb.
Manşet.az