ABŞ -dan xəbərdarlıq: NASA peyki Yerə düşə bilər

18:58 - 19 Aprel 2023

ABŞ -dan xəbərdarlıq: NASA peyki Yerə düşə bilər

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinə (NASA) aid istismardan çıxarılan peykin Yerə düşə biləcəyi açıqlanıb.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, NASA və ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamalara görə, Reuven Ramaty Yüksək Enerjili Günəş Spektroskopik Görüntüleyicisi (Rhessi) peyki ABŞ-ın şərq sahili saat qurşağına görə axşam saatlarında atmosferə girəcək.

272 kiloqramlıq kosmik gəminin böyük hissəsinin atmosferdəki səyahəti zamanı yanacağı, lakin bəzi hissələrinin Yerə düşəcəyi gözlənilirdi. Dünyada hər kəsə zərər vurma riskinin az olduğu vurğulanaraq, bu ehtimalın təxminən 2467-də 1 olduğu açıqlanıb.

Qeyd edək ki, 2002-ci ildə orbitə buraxılan peyk 2018-ci ilə qədər 100.000-dən çox günəş hadisəsini çəkib və o, rabitə problemlərinə görə "təqaüdə çıxıb".

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az