Keçmiş sovet administrasiyası tərəfindən sürgün və edam edilən 208 ziyalıya bəraət verildi

09:34 - 20 Aprel 2023

Keçmiş sovet administrasiyası tərəfindən sürgün və edam edilən 208 ziyalıya bəraət verildi

Özbəkistanda 1930-1931-ci illərdə keçmiş Sovet İttifaqında rejim əleyhinə olduqları üçün həbs edilən, sürgün edilən və edam edilən 208 özbək ziyalısına məhkəmə qərarı ilə bəraət verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Özbəkistan Ali Məhkəməsindən verilən açıqlamada 1930-1931-ci illərdə təzyiqlərə məruz qalan, həbs düşərgələrinə göndərilən, həbs edilən, sürgün edilən və məhkəmə qərarı olmadan edam edilən 208 ziyalıya bəraət verilməsi ilə bağlı işin başa çatdığı qeyd edilib.

Bəyanatda bu ziyalıların keçmiş sovet administrasiyası tərəfindən rejimə qarşı çıxmaqda, silahlı dəstə yaratmaqda, silahlı üsyanda, reydlər keçirməkdə və rejimə qarşı xarici dövlətlərlə əməkdaşlıqda ittiham edildiyi bildirilib və Özbəkistan Ali Məhkəməsi onlara bəraət vermək qərarına gəlib.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az